Mesajlar cavabsız qalır
Yazılı, sesli — gün ərzində onlarla mesaj. Hamısına cavab vermək mümkün deyil. Müştəri gözləmir — başqa yerə gedir.
Yazılı və sesli mesajlara cavab verir, randevuları təsdiqləndirir, ödəniş linki göndərir. Salon, klinika, restoran, idman zalı — hər biznes üçün. 24/7, Azərbaycan dilində.
Siz yatırsınız. Sesly oyaqdır.
Sabah oyananda — randevu təsdiqlənib, ödəniş gəlib.
Bakıdakı minlərlə kiçik biznes hər gün eyni problemlərlə üzləşir.
Yazılı, sesli — gün ərzində onlarla mesaj. Hamısına cavab vermək mümkün deyil. Müştəri gözləmir — başqa yerə gedir.
Müştərilər axşam 23:00-da yazır. Randevu soruşur, qiymət soruşur. Cavab verməsəniz, itirirsiniz.
Eyni saata iki müştəri yazır, kim əvvəl olduğunu unudursunuz. Cədvəl həm telefonda, həm dəftərdə — heç birində aktual deyil.
Sesly bütün bunları sizin əvəzinizə edir. Hər gün. Avtomatik.
Quraşdırırıq. Öyrədirsiniz. Sonra heç vaxt düşünmürsünüz.
Sesly sizin mövcud WhatsApp Business nömrənizə bağlanır. Quraşdırmanı biz edirik — sizə yalnız nömrə lazımdır. Heç bir kod, heç bir texniki bilik tələb olunmur.
İş saatları, xidmət siyahısı və qiymətlər — onboarding görüşündə birlikdə doldururuq. Sesly qalan hər şeyi söhbətlərdən özü öyrənir.
Müştəri yazır və ya səsli mesaj göndərir. Sesly anında cavablayır, randevunu təsdiqləyir, ödəniş linki göndərir. Siz yalnız xəbərdar olursunuz.
Hər iki növ mesajı anlayır. Azərbaycan, Rus, AZ+RU qarışıq — aksent, sürətli danışıq, qeyri-rəsmi dil. Hamısını başa düşür.
Müştəri özü vaxt seçir. Təsdiqləmə anında gedir. 24 saat öncə xatırlatma avtomatik göndərilir.
Hər təsdiqlənmiş randevu avtomatik təqviminizdə görünür. Telefon, kompüter — hər yerdə eyni cədvəl.
Gecə saat 2-də gələn sual cavabsız qalmaz. Bayramlarda, tətillərdə, yatarkən — həmişə işləyir.
Hər plan 7 gün pulsuz. Kredit kartı lazım deyil — sevmədinsə heç nə ödəmirsən.
Bir dəfəlik quraşdırma haqqı: 50–80 AZN · İlk həftə 30 dəqiqəlik onboarding görüşü daxildir
Sesly qurulur — siz biznesinizi idarə edirsiniz. WhatsApp-da bir mesaj göndərin və ya bizimlə əlaqə saxlayın.